Bu mövsüm Premyer Liqada çıxış edəcək “Turan” klubu ilk legioner transferini reallaşdıra bilər.

Əyalət klubu albaniyalı futbolçu Edon Hasani ilə maraqlanır. Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi son olaraq ölkəsində “Partizani” klubunda çıxış edib. O, Albaniyanın müxtəlif yaş qruplarından ibarət millilərində oynayıb. Hasani İranın “Sepahan” klubunda və Türkiyədə “Keçiörəngücü” klubunda legioner həyatı yaşayıb.